Millimizin üzvü oynadı
Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budak Türkiyənin “Əskişəhərspor” klubunun əvəzedici heyətində növbəti matçına çıxıb. Sportal.az xəbər verir ki, onun komandası bu tur “Bursaspor”la qarşılaşıb.
Oyun 3:0 hesabı ilə “Əskişəhərspor”un xeyrinə başa çatıb.
Ufuk bu oyuna start heyətdə çıxıb. Özü də o, komandasını meydana kapitan kimi çıxarıb. Oyunda son nöqtəni də məhz millimizin üzvü qoyub. Belə ki, komandasının sonuncu qolunu Ufuk Budak vurub.
saytlarin hazirlanmasi