Toşak: "Mən indi çıxıb qol vurmayacamki"
Premyer Liqanın IX turu çərçivəsində səfərdə "Rəvan"ın qonağı olan "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak oyunsonrası mətbuat konfransında maçt barədə fikir bildirib. Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:
"35 ildi futboldayam, 7 ayrı ölkədə çalışmışam. Bugünkü oyun kimisini görməmişəm. O qədər qol imkanı yaratdıq ki, say-hesabını itirdim. Bizdə belə bir deyim var; "Atı su içməyə aparırsan, əgər su içmirsə, sən nə edə bilərsən?" Mən indi meydana çıxıb qol vurmayacam ki?. Mən artıq futbolçu karyeramı bitirmişəm".
saytlarin hazirlanmasi