"UEFA bununla razılaşmalı olacaq"
Türkiyənin "Fənərbaxça" klubu Superliqadan aşağıya liqaya düşürülə bilər.
Sportal.az xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən UEFA nümayəndəsi açıqlamasında deyib.
O bildirib ki, əgər Türkiyə Ali Məhkəməsi İstanbul klubunun adının danışılmış oyunlarda hallandığını təsdiqləyərsə, UEFA "Fənərbaxça"ya daha ağır cəzalar verəcək.
Bu zaman klub xalının silinməsindən, aşağı liqa düşürülməsinə qədər bir sıra təhlükə ilə qarşı-qarşıya qalacaq. UEFA nüməyəndəsinin sözlərinə görə, Türkiyə məhkəməsi araşdırmaya təkrar başlayacağı və ya danışılmış oyunlarda klubun adının olmadığını bəyan edərsə, "Fənərbaxça"nın cəzası bir ilə endiriləcək. O, ali qitə qurumunun Türkiyə məhkəməsinin qərarlarına uyğun hərəkət etdiyini və "Fənərbaxça"ya iki illik cəzanın verilməsində də məhkəmənin göndərdirdiyi sənədlər əsasında qərar çıxardıqlarını deyib. Bu mənada növbəti proseslərdə də məhkəmənin verdiyi qərarlar əsas götürüləcək:
"UEFA öz araşdırmasından əvvəl Türkiyə məhkəməsinin dəlillərinə görə qərar verdi. Hətta göndərilən sənədlərdə yalnız "Fənərbaxça"nın deyil, 12-13 klubun adı hallanırdı. Ali qitə qurumu danışılmış oyunların olduğuna inanır. Lakin bunu biz yox, türklər ortaya çıxartmalıdır. Fənərbaxça"nın günahının olmadığı təsdiqlənəcəyi təqdirdə isə UEFA bununla razılaşmalı olacaq. Çünki daha əvvəl türk məhkəməsinə əsasən qərar verən UEFA-nın sonradan başqa cür addım atması başına bəla olacaq".
Qeyd edək ki, adı danışılmış oyunlarda hallanan "Fənərbaxça" iki illiyinə avrokuboklardan kənarlaşdırılıb.
saytlarin hazirlanmasi