Futbol tarixində nadir hadisə
UEFA Avropa Liqasında cümə axşamı oynanan “Suonsi” – “St. Gallen” matçında futbol tarixinə keçəcək bir hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, ispan futbolçu Michu'nun zədəsi səbəbindən “Suonsi” idarəçiləri matç içində rəsmi klub mağazasından forma aldı.
Bəli səhv eşitmədiniz, başından yaralanan və qanaması dayanmayan Michu, 5 dəfə formadəyişdirmək məcburiyyətində qaldığına görə, forma tapmaq mümkün olmayıb. İspan futbolçunun köməyinə isə klub rəsmiləri yetişdi. Dövrə arasında başına tikiş atılan Michu üçün stadionun kənarında olan “Suonsi” Store-dan forma alındı.
saytlarin hazirlanmasi