Sportal.az xəbər verir ki, baş məşqçi İqor Pankratyev qarşıdakı oyunlar üçün 25 oyunçuya dəvət göndərib.
“Bakı”nın iki futbolçusu - Deyvidas Çesnauski və Mindauqas Kalonas da Litva yığmasına çağırılıb.
Qeyd edək ki, Litva oktyabrın 11-də evdə Latviya, 4 gün sonra isə Bosniya və Hersoqovinanı qəbul edəcək.