"Bakılı" da kubok istəmir
Sabah Azərbaycan Kubokunun yeni mövsümünün püşkü atılacaq.
Sportal.az xəbər verir ki, 20 klub bu turnirdə qüvvəsini sınamağa hazırlaşır. Bunlar “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Simurq”, “Qəbələ”, “Bakı”, AZAL, “Rəvan”, “Sumqayıt”, “Qaradağ-Lökbatan”, “Araz Naxçıvan”, “Neftçala”, “Ağsu”, MOİK, “Şuşa”, “Lokomotiv”, “Kəpəz”, “Şahdağ” və “Mil-Muğan”dı.
Birinci Divizionda mübarizə aparan klublardan “Turan-T”, “Bakılı”, “Göyəzən”, “Energetik”, həmçinin “Şəmkir”lə “Karvan” kubokda iştirakdan imtina ediblər.
saytlarin hazirlanmasi