Superkubok matçı Naxçıvanda baş tutacaq
Azərbaycanda uzun müddətdi həsrətlə gözlənilən Superkubok matçı nəhayət ki, baş tutacaq.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan kubokunun püşkatması mərasimində danışan PFL-in prezidenti Ramin Musayev nəhayət ki, "Neftçi" və "Xəzər Lənkəran" arasında Superkubok matçının keçirləcəyini dedi:
"Bəli, Superkubok matçı baş tutacaq, özü də Naxçıvanda. Çünki orda "Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri çoxdu. Həm də gözəl yerlərimizdən biridi. Azarkeşlər çox maraqlı oyunun şahidi olacaqlar. Qarşılaşma oktaybr ayının 23-ü baş tutacaq".
saytlarin hazirlanmasi