Toşak bazar günü Lənkərana qayıdacaq
Premyer Liqanın X turu çərçivəsində oktyabrın 19-da “Simurq” klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.
Sportal.az xəbər verir ki,komanda oktyabrın 8-də iki dəfə məşq edib.Səhər saat 10:30-da stadionun ehtiyat meydançasında məşqə çıxan komanda saat 17:30-da bazanın fitnes zalında çalışıb. Hər iki hazırlıq prossesinə fiziki hazırlıq ürə məşqçi Covanni Melkiore başçılıq edib.
Qeyd edək ki, hazırda İspaniyada olan baş məşqçi Con Toşak oktyabrın 13-də Lənkərana qayıdacaq.
12cioyuncu.info
saytlarin hazirlanmasi