İlk dövrədə hakimlərin statistikası açıqlandı
Premyer Liqasında artıq 9-cu tur geridə qalıb və yığmaların oyunu ilə əlaqədar fasilə yaranıb.
Sportal.az ilk 9 turdakı hakim statistikasını sizə təqdim edir. İlk 9 turda ən çox təyinat alan hakim Rəhim Həsənovdur. O, 9 turun 8-də oyun idarə edib. Həsənovu digər FİFA referisi Əliyar Ağayev və Vüsal Əliyev 7 oyunla izləyir. Ən çox vərəqə çıxaran isə Əliyar Ağayevdir.
Rəhim Həsənov: 8 oyun – 37 sarı, 4 qırmızı
Vüsal Əliyev: 7 oyun – 28 sarı, 5 qırmızı
Əliyar Ağayev: 7 oyun – 41 sarı, 2 qırmızı
Fariz Yusifov: 6 oyun – 25 sarı, 2 qırmızı
Ramil Diniyev: 5 oyun – 37 sarı, 1 qırmızı
Rauf Cabbarov: 5 oyun – 26 sarı, 1 qırmızı
Orxan Məmmədov: 3 oyun – 17 sarı, 1 qırmızı
Elvin Əsgərov: 3 oyun – 19 sarı
Səbayel Qurbanova: 1 oyun – 3 sarı
Qeyd: 3-cü turda “Qarabağ” – “Xəzər Lənkəran” oyununun 60-cı dəqiqəsində Rəhim Həsənovun sarı vərəqə göstərdiyi Manuel Skarlatakenin vərəqəsi İK tərəfindən ləğv edilib.
saytlarin hazirlanmasi