"Qalatasaray"da Droqba şoku

16:47 - 9 Oktyabr 2013

Droqba məşq zamanı zədələndi

 

Dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda Seneqalla qarşılaşacaq Kot d’İvuar yığmasında şok itki baş verib. 

Sportal.az xəbər verir  ki, komandanın lideri Didye Droqba məşq zamanı zədələnib.

“Qalatasaray”ın heyətindəki sərgilədiyi oyunla formada olduğunu göstərən kapitanın zədələnməsi Kot d’İvuar millisinin məşqçilər korpusunu narahat edib. Məşq zamanı ayağında ağrı hiss edən Droqba baş məşqçi Lyamuşiyə yaxınlaşaraq bunu ona deyib və məşqi yarımçıq tərk edib. Komandanın digər aparıcı üzvü Jervinyo isə eyni səbəbdən, ümumiyyətlə, məşqə çıxmayıb. Hər iki futbolçunun müayinəsinə başlanıb. 

Xəbər xətti