Kristof Dauma türk gəlin

23:12 - 9 Oktyabr 2013

Daum türk adətlərinə uyğun elçilik edəcək
 
 
Türkiyənin "Bursaspor" klubunun alman baş məşqçisi Kristof Daum oğlu Marseli evləndirməyə hazırlaşır.
 
Sportal.az xəbər verir  ki, oktyabrın 11-də Almaniyanın Köln şəhərinə yollanacaq Daum 27 yaşlı oğlu Marsel üçün türk Filizə elçi düşəcək.
 
K.Daumun dediyinə görə, 26 yaşlı Filizə türk adətlərinə uyğun elçilik edəcək.
 
"Oğlumla Filiz bir-birlərini çoxdan tanıyırlar. Ona görə də qızın valideynlərindən müsbət cavab alacağımı düşünürəm", - Daum söyləyib.
 
Marselin dediyinə görə, anası Ursel ötən həftə Filizin atası ilə danışıb və müsbət cavab alıb.
 
Aahen Universitetində oxuyan Filiz dizayner olmağa hazırlaşır.

Xəbər xətti