"Qarabağ"da dörd yeni futbolçu

14:16 - 11 Oktyabr 2013

Ağdamlıların heyətində 16 yaşlı futbolçu
 
Azərbaycan Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la  qarşılaşacaq "Qarabağ" oyunun hazırlıqlarını davam etdirir.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  millinin oyunları səbəbindən tam heyətlə çalışa bilməyən komandada  aşağı yaş qruplarından dəvət almış futbolçular da məşq edir.
 
Baş məşqçi Qurban Qurbanov adətən milli oyunlar zamanı yaranmış boşluq zamanı gəncləri sınamaqla onların potensialını yoxlayır.
 
Bu dəfəki çalışmaya gənc mütəxəssis daha 4 futbolçunu dəvət edib. 16 yaşlı Eltun Turabov U-19 və əvəzedici  komandada da çıxış edir. Elnur Mustafayev, Nicat Abbasov və Elçin Rəhimlinin isə 17 yaşı var.

Xəbər xətti