Futbolçuların səyi əvəzsiz qalmayacaq
Türkiyə Futbol Federasiyası Estoniya və Hollandiya ilə son qarşılaşmalar öncəsi yığmanı həvəsləndirməyi qərara alıb.
Sportal.az xəbər verir ki, federasiya rəsmiləri bu görüşlərdə iştirak edən oyunçulara 200 min TL, oynamayanlara isə 100 min TL mükafat söz verib. D qrupunun lideri Hollandiya yığması artıq dünya çempionatına vəsiqəni təmin edib. Macarıstan 14 xalla 2-ci, Türkiyə və Rumıniya 13 xalla 3-cü və 4-cü, Estoniya 7 xalla 5-ci, Andorra isə 0 xalla sonuncu pillədədir.
saytlarin hazirlanmasi