Avstraliyada baş məşqçi qovuldu
Avstraliya Futbol Federasiyası (AFF) baş məşqçisi Xolqer Osieki millidən qovub.
Sportal.az xəbər verir ki, buna yığmanın yoldaşlıq oyunu çərçivəsində Fransaya 0:6 hesabı ilə məğlub olması səbəb olub.
Üç ildir ki, Avstraliya millisində çalışan 65 yaşlı mütəxəssis komandasını dünya çempionatının final mərhələsinə vəsiqə qazandırsa da, bu, yetərli olmayıb.
Qeyd edək ki, Avstraliya Fransadan əvvəl Braziliyaya da eyni hesabla məğlub olmuşdu.
saytlarin hazirlanmasi