Belə ki, Toşak oyundan 40 dəqiqə öncə arenaya yaxınlaşıb və VİP-sektora olan biletini təqdim edib. Lakin təhlükəsizlik xidmətinin işçiləri buna baxmayaraq, onu stadiona buraxmaq istəməyiblər. Toşakla birgə olan “Xəzər Lənkəran”ın digər rəsmiləri onlara qarşılarında dünya şöhrətli məşqçinin olduğunu, biletinin olmasını başa salmağa çalışsa da, bunlar bəhrəsiz qalıb.