Cənub təmsilçisi Bakıdan birbaşa Naxçıvana yollanacaq
Oktyabrın 23-ü Superkubok oyununda Naxçıvan şəhərində "Neftçi" "Xəzər Lənkəran"la üz-üzə gələcək.
Sportal.az xəbər verir ki, artıq cənub təmsilçisinin Naxşıvana gedəcəyi tarix də müəyyənləşib. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza verdiyi açıqlamada bildirib:
"Komandamız oktyabrın 21-i Naxçıvana yollanacaq. "Simurq"la matçdan sonra Lənkərana qayıtmayacağıq, Bakıdan birbaşa Naxçıvana gedəcəyik"
saytlarin hazirlanmasi