"Qarabağ" növbəti transferini rəsmiləşdirdi

16:50 - 16 Oktyabr 2013

Sehiç iki illik müqavilə imzaladı
 
Bosniya və Hersoqovina milli komandasının qapıçısı İbrahim Sehiç artıq "Qarabağ"ın futbolçusudur.
 
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi "Mersin İdmanyurdu"nun sabiq qapıçısı ilə 2 illik müqavilə bağlayıb.
 
Qeyd edək ki, transfer pəncərəsinin bağlanmasına baxmayaraq "əlcək sahibi" Azərbaycan Premeyr Liqasında forma geyinə biləcək.

Xəbər xətti