İbrehim Sehiç: "Heç kimdən çəkinmirəm"
"Qarabağ" klubunun yeni transferi İbrehim Sehiç ilk açıqlamasını verib.
Sportal.az xəbər verir ki, bosniyalı qapıçı Ağdam təmsilçisində qapıçılar arasında güclü rəqabətin olduğunu deyib. Bildirib ki, bu, onu qorxutmur:
"Ötən mövsüm "Mersi İdman Yurdu" superliqanı tərk etdikdən sonra klubla yollarımı ayırdım. Yeni çağırışı mənə "Qarabağ" etdi. Bu kluba uğur qazanmaq üçün gəlmişəm. Heyətimizdə güclü qolkiperlər var. Bu da rəqabət üçün vacibdir. Heç kimdən çəkinmirəm. Forma üçün mübarizə aparacam. Məşqçilər necə inadla çalışdığımı görəcəklər. İnanıram ki, "Qarabağ"a faydalı ola biləcəm. Ən böyük hədəfim isə `Qarabağ`da uğurlu çıxışımla yenidən milli formanı geyinməkdir".
Qeyd edək ki, İbrahim Sehiç "Qarabağ"la iki illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi