"Xəzər Lənkəran"ın bugünki məşqi nə ilə fərqləndi? FOTOREPORTAJ

15:12 - 17 Oktyabr 2013

Komanda bu gün "Bayıl Arena"da məşqə çıxıb
 
Artıq 4 gündür ki, Bakıda məskunlaşan “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir.
 
Sportal.az xəbər verir ki, bayram günlərində də məşqlərinə ara verməyən cənub təmsilçisi  bu gün “Bayıl Arena”da növbəti məşqinə çıxdı. Saat 11:00-da başlayan hazırlığa millinin toplanışlarında olan futbolçular da qatıldı ki, belədə “Xəzər Lənkəran” son günlərdən fərqli olaraq bu dəfə tam heyətlə məşqini keçirdi. Saat yarım davam edən məşqdə futbolçular taktiki planda müxtəlif təmrinləri yerinə yetirdilər və son olaraq məşq iki tərəfli oyunla yekunlaşdı. Hazırda komandamızda zədəli futbolçunun yoxluğu məşqçilər korpusunu sevindirən ən vacib məqamdır. Xatırladaq ki, Premyer liqanın X turunun “Simurq” - “Xəzər Lənkəran” görüşü Zaqatala şəhər stadionu təmirə bağlandığından paytaxtda, 19 oktyabr saat 17:00-da “Bayıl Arena”da keçiriləcək.
 

Xəbər xətti