DÇ-2014-ün seçmə mərhələsinin simvolik yığması açıqlanıb

15:42 - 17 Oktyabr 2013

Bu siyahıda İtaliyadan heç kim yer almayıb
 
Avropa zonası üzrə DÇ-2014-ün seçmə mərhələsinin simvolik yığması müəyyənləşib.  
 
Sportal.az xəbər verir ki, siyahıda ən çox Almaniya, Rusiya və Belçika millilərinin futbolçuları yer alıb. Hər 3 komandanın iki üzvü simvolik yığmaya düşüb.
 
Qapıçı: İqor Akinfeyev (Rusiya)
 
Müdafiəçilər: Dmitri Kombarov (Rusiya), Filipp Lam (Almaniya), Vensan Kompani (Belçika), Yan Vertongen (Belçika)
 
Yarımmüdafiəçilər: Məsut Özil (Almaniya), Metyu Valbuena (Fransa), Daniele de Rossi (İtaliya)
 
Hücumçular: Pedro Rodriges (İspaniya), Robin van Persi (Hollandiya), Edin Dzeko (Bosniya və Herseqovina)

Xəbər xətti