Savankulov milli komandada qol vura bilib
"Rəvan"ın tacikistanlı müdafiəçisi Sohib Savankulovun milli komandasının heyətinə cəlb olunduğunu xəbər vermişdik.
Sportal.az xəbər verir ki, futbolçu Qırğızıstanla oktyabrın 15-də keçirilən yoldaşlıq matçında iştirak edib.
Özü də Savankulov taciklərin 4:1 hesabı ilə qələbə qazandıqları görüşdə qol da vurub. Sohib komandasının 4-cü qolunun müəllifi olub. Maraqlıdı ki, ilk hissədə 4 qol vurduqdan sonra taciklər ehtiyat qüvvəni meydana buraxıb və rəqib fərqi azaldıb.
saytlarin hazirlanmasi