Balotelli haqqında edilən tənqidlərlə bağlı danışdı
“Milan”ın və İtaliya yığmasının hücumçusu Mario Balotelli oyunu ilə yanaşı, həm də futboldankənar hərəkətləri ilə tez-tez gündəmi zəbt edir.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu “Twıtter” səhifəsində paylaşdığı statusla onu tənqid edənlərə söz atıb. Balotelli haqqında çox danışılmasından narazı olduğunu dilə gətirib: “Bəsdir, mənim haqqımda danışdınız. Siz heç sakit dayanmırsınız, elə həmişə danışırsınız. Danışandan da ancaq mənim barədə müzakirə aparırsınız. Dəfələrlə demişəm ki, bundan xoşum gəlmir. Artıq sakit durmağın vaxtı çatıb. Səsinizi kəsin və fərqi özünüz görəcəksiniz”.
saytlarin hazirlanmasi