Ümit Davala milliyə dəvət olunub
DÇ-2014-ün seçmə mərhələsində Hollandiyaya uduzaraq mübarizəni dayandıran Türkiyə millisi baş məşqçisi Fatih Terimlə müqavilə yeniləyəcək.
Sportal.az xəbər verir ki, qardaş ölkənin futbol federasiyası təcrübəli mütəxəssislə daha dörd illik müqavilə imzalayacaq.
2016 Avropa və 2018 Dünya Kubokuna qatılmağı hədəfləyən TFF rəhbərliyi bu istəyə ancaq Terimlə nail ola biləcəklərini düşünür. Yayılan xəbərlərə görə, baş məşqçinin yeni köməkçisi isə “Qalatasaray”da birlikdə çalışdıqları Ümid Davala olacaq.
Qeyd edək ki, cari razılaşmaya əsasən Terim 2014-cü ilin may ayına qədər millidə çalışacaq.
saytlarin hazirlanmasi