"Fənərbaxça"lı futbolçu komandadan ayrılmağı planlaşdırır

16:41 - 18 Oktyabr 2013

Baroni indidən bu təkliflərdən birini qəbul edərək komandadan ayrılmasının hesabını aparır
 
"Fənərbaxça"da heyətə girməkdə çətinlik çəkən Cristian Baroni komandadan ayrılmağa can atır.
 
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu Əziz Yıldırımdan görüş tələb edib. Xarici kontingentinə görə heyətə girməkdə çətinlik çəkən  oyunçu müqaviləsinin ləğv edilməsini istəyəcəyini söyləyib. "Fənərbaxça" ilə 2015-ci ilə qədər müqaviləsi olan Cristian Baroni-yə başda ölkəsi Braziliya olmaqla İtaliya və Portuqaliya komandalarından müxtəlif təkliflər gəldiyi aydın olub. Yanvar ayında ayrılmağı düşünən Baroni indidən bu təkliflərdən birini qəbul edərək komandadan ayrılmasının hesabını aparır.

Xəbər xətti