Tomas Müller komandadan ayrıla bilər
Almaniya millisinin və “Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller “Barselona”nın transfer gündəmindədir.
Sportal.az xəbər verir ki, Müllerin ötən həftə Barselonaya gedərək, orada Kataloniya klubunun iki rəsmisi ilə görüşməsi də bu transferin ehtimalını gücləndirir. “Barsa” onun razılığını aldıqdan sonra Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Müllerin “Bavariya” ilə müqaviləsi 2017-ci ilə qədərdir. Müller bu mövsüm Pep Qvardiolanın əsas “silah”larından biridir.
saytlarin hazirlanmasi