Braziliyalı futbolçusu karyerasını Türkiyədə keçirə bilər
Braziliya millisinin və “Barselona”nın sağ cinah müdafiəçisi Dani Alveşin adı “Qalatasaray”la birgə hallanıb.
Sportal.az xəbər verir ki, bu iddianı Polşa mətbuatı yayıb. Xəbərə görə, “Barsa”dan ayrılmağa hazırlaşan Alveş üçün “cim-bom” “pusqudadır”. Polyaklar Çempionlar Liqasının qalibi olmağı hədəfləyən Türkiyə klubunun ulduz transferlər edəcəyini və Alveşin də bu siyahıda olduğunu qeyd ediblər.
Qeyd edək ki, Kataloniya klubu ilə müqaviləsi 2015-ci ilə qədər olan Dani Alveşin transfer qiyməti 20 milyon avrodur.
saytlarin hazirlanmasi