Kamran Abdullazadə hərbi xidmətə yollanır
Bu gün "Simurq" -"Xəzər Lənkəran" matçında açılmış bir pankart diqqətimizi çəkib.
Sportal.az xəbər verir ki, "Neftçi" ilə Superkubok oyunundan sonra hərbi xidmətə yollanacaq "XL"in futbolçusu Kamran Abdullazadə azarkeşlər tərəfindən unudulmayıb.
Belə ki, onlar "Kamran, yolun açıq olsun" pankartı açmaqla yanaşı, oyun zamanı da "ən böyük əsgər bizim əsgər" kimi şüarlar səsləndiriblər.
Foto: Sportal.az
saytlarin hazirlanmasi