Rieranın müqaviləsi ləğv ediləcək
Çempionlar Liqasında ən azı yarımfinala qədər irəliləməyi hədəfləyən “Qalatasaray” qış fasiləsində transfer hərəkatında fəallıq nümayiş etdirəcək.
Sportal.az xəbər verir ki, artıq komandadan ayrılacaq 3 futbolçunun kimliyi də bəlli olub. Albert Rieranı inadından döndürən rəhbərlik yanvarda onun müqaviləsini ləğv edəcək. Təbii ki, qarşılığında ona təzminat da ödəniləcək. Böyük məbləğə transfer edilən Nordin Amrabatı rəhbərlik icarəyə verməyi düşünür. Onunla yanaşı, Dani Nunkeu da icarəyə veriləcək.
saytlarin hazirlanmasi