"Qarabağ"da "Xəzər Lənkəran" matçı öncəsi şok itki

12:45 - 21 Oktyabr 2013

Qara Qarayev zədələndi
 
Ağdamın “Qarabağ” klubu və Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev zədələnib.
 
Sportal.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Premyer Liqanın X turunda “Sumqayıt”la səfər matçı zamanı xəsarət alıb.
 
Nəticədə o, 20-ci dəqiqədə yerini komanda yoldaşı Hacı Əhmədova verib. Oyundan sonra Qarayev Lent. az-a bildirib ki, ayağı burxulduğu üçün meydanı tərk etməli olub. Gənc futbolçu zədənin ciddilik dərəcəsinə oktyabrın 21-də aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib. O, ilkin ehtimallara əsasən, ən azı 1-2 həftə yaşıl meydanlardan uzaq qalacağını vurğulayıb.
 
Qeyd edək ki, hazırda Premyer Liqanın lideri olan “Qarabağ” XI turda “Xəzər Lənkəran”ın qonağı olacaq.
 
lent.az

Xəbər xətti