Edu Orial: "Bunu məşqçinin taktiki gedişi kimi də qəbul etmək olar"MÜSAHİBƏ

14:06 - 21 Oktyabr 2013

"Xəzər Lənkəran" bu yerlərə layiq deyil"
 
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Edu Orial Qrasiyanın  müsahibəsi
 
- “Simurq”la oyun haqqında danışardın...
- Qələbəyə görə çox sevinirəm. Əsas nəticədir. Düzdü, hardasa son oyunlarda göstərdiyimiz baxımlı oyunu oynaya bilmədik. Amma nəticə olaraq 3 xal qazandıq.
 
- Əvəzedici heyətdə oynamağın nə ilə bağlı idi? Əsas heyətdə meydana çıxmırdın. Uyğunlaşmaqda çətinliyin var idimi?
- Elə bir çətinliyim yox idi. Bir müddət İspaniyadan kənara çıxmışdım. Geri qayıdanda viza problemləri yaşadım. Ona görə bir məşqlərdən geri qaldım. Sonra bir az xəstəlik problemim oldu. Məşqlərdən kənarda qalmağın hazırlığıma təsir göstərdi.
 
- Dünən Nildonun yerinə meydana daxil olsa da, sonradan yenə əvəzləndi. Bu nə ilə bağlı idi?
- Bunu məşqçinin taktiki gedişi kimi də qəbul etmək olar. Hesabda irəlidə idik, oyunun son dəqiqələri idi. Bəlkə də məşqçi mərkəzi gücləndirmək istədi. Həm də mənim yorulduğumu hiss edib əvəzlədi.
 
- “Xəzər Lənkəran”ın bu qədər qol vəziyyətindən istifadə edə bilməməsində səbəbi nədə görür?
- Bunu bəxtsliklə əlaqələndirərdim. Dünənki oyundan da müsbət nəsə götürmək olar. Komanda yaxşı oynuyur. Qollar özü sonra gələcək.
 
- Superkubok oyunu ilə bağlı nə deyə bilər?
- Bildiyimə görə burada ilk superkubokdur. Bunun üçün əlimizdən gələni edəcəyik. Bu kuboku inanıram ki, Lənkərana aparacağıq.
 
- “Neftçi”nin “Xəzər Lənkəran”ın əzəli rəqibi olduğunu bilirmi?
- Bəli, bundan xəbərim var.
 
- “Xəzər Lənkəran” turnir cədvəlində yaxşı mövqeydə qərarlaşmayıb...
- Bu mövqeyə layiq deyilik. Ən azından göstərdiyimiz oyunla daha yaxşı yerlərdə olmaylıyıq. Bundan öncə “İnter” və “Rəvan”la oyunlarda 5 xal itirdik. Onları qazansaydıq, gör indi hardaydıq.
 
Millifutbol.az

Xəbər xətti