Hafiz Məmmədov Monako kralı ilə görüşdü FOTO

15:13 - 21 Oktyabr 2013

Kral "Lans"a göstərilən diqqətdən danışdı
 
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun Fransada keçirdiyi görüşlər davam edir.
 
Sportal.az xəbər verir ki, Hafiz Məmmədov “Hotel de Paris” otelində Monako kralı 2-ci Albertlə görüşüb.
 
"Bakı"nın prezidenti "Monako"nun yüksək liqaya çıxması münasibəti ilə kralı təbrik edib və komandanın yeni uğurlar qazanacağına inandığını bildirib. Ardından ona Azərbaycan futbolu haqda məlumat verilib. Öz növbəsində 2-ci Albert də Hafiz Məmmədovun "Lans"a göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Bunun xalqlarımız arasında olan dostluq münasibətlərinin daha da inkişafına xidmət edəcəyini vurğulayıb.
 
Görüşün sonunda 2-ci Albert cənab İlham Əliyevin 3-cü dəfə prezident seçilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Xəbər xətti