Qəzet ilk dəfə 1997-ci ildə fəaliyyətə başlayıb
Bu gün Azərbaycanın ən nüfuzlu idman nəşrlərindən olan “Futbol +” qəzeti ad gününü qeyd edir.
Sportal.az xəbər verir ki, Mahir Rüstəmlinin baş redaktoru olduğu qəzetin 16 yaşı tamam olur.
“Futbol +” ilk dəfə köşklərdə 1997-ci ilin bu günündə satışda olub. Elə ilk vaxtdan qəzet idman mətbuatında lider mövqedə olub, Azərbaycanda qəzetlərin, saytların durmadan artığını bir vaxtda nüfuzunu, reytiqini bu günə qədər qoruyub saxlamağı bacarıb.
Yeri gəlmişkən, “Futbol +” bu gün nəinki idman, bütövlükdə Azərbaycan mətbuatında ən tirajlı qəzetlərdən hesab olunur.
Sportal.az saytı başda Mahir Rüstəmli olmaqla, “Futbol +” qəzetinin kollektivini bu əlamətdar gün münasibəti ilə təbrik edir, onlara daha böyük uğurlar arzulayır.
saytlarin hazirlanmasi