Azərbaycanda yeni layihə
Azərbaycan da bu dəfə müğənnilər futbol meydanında əsl şou görsədəcək. Belə ki, prodüsser Mehri Əliquliyeva və müğənni Ramal Əsədzadə yeni layihə hazırlayırlar.
Bunu Sportal.az -a açıqlamasında müğənni Ramalın prodüsseri Aynur Zakirqızı deyib. Layihəyə əsasən müğənnilər Almaz Ələsgərli, Yaşar Cəlilov, Xatun, Afaq Aslan, Faytonçu Nazim, Günel Məhərrəmova,Sevil Sevinc bacıları aparıcı Günel Hümbətova, rəqqasə Oksana Rəsulova, reper “Qurd” və bir çox tanınmış simalar birlikdə noyabrın 15-də “Şəfa” stadionunda futbol oynayacaqlar. Keçiriləcək oyun haqda danışan müğənni Ramal Əsədzadə açıqlamasında bildirib ki, layihə hər həs tərəfindən maraqla qarşılanıb: “Noyabrın 15-də Azərbaycanda ilk dəfə xanımlar və bəylər birgə futbol oynayacaqlar. Layihəmizin özəlliyi ondan ibarətdir ki, oyunda yalnız məşhur şou-biznes nümayəndələri iştirak edəcəklər. Layihə artıq sosial şəbəkələrdə səs-küyə səbəb olub, hər kəs üçün bu cür iş maraqlıdır. İlk dəfə bu cür layihəni prodüser Mehri Əliquliyeva ilə mən hazırladım. Sosial şəbəkələrdə bizi Azərbaycanın Acun Ilıcalısı və Hülya Avşarı adlandırırlar. Təbii ki, yaxşılardan nəsə götürməliyik, böyük təşkilatçılara bənzədilmək xoşdur. Dəstək olan dostlara minnətdarlığımızı bildiririk, hazırladığımız oyuna hamını dəvət edirik”.
saytlarin hazirlanmasi