Komanda daha sonra məskunlaşacağı Muxtar Vilayətin ən tanınmış oteli sayılan “Duzdağ”ın yolunu tutub. Qısamüddətli istirahətdən sonra futbolçular saat 17:00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxıb. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkilib.
Hazırda klub prezidenti də başda olmaqla bütün klub rəsmiləri “Duzdağ” otelindədir. “Xəzər Lənkəran” Naxçıvana çatdıqdan sonra Muxtar Vilayətin güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandanın təhlükəsizliyinin ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər.