"Qarabağ"da "Xəzər Lənkəran" öncəsi şok itki

18:12 - 22 Oktyabr 2013

Qara Qarayev 1 ay yaşıl meydanlardan uzaq qalacaq
 
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev uzun müddətə sıradan çıxıb.
 
Sportal.az xəbər verir ki, "Sumqayıt"la son turda baş tutan görüşdə zədələnərək oyunu yarımçıq tərk edən 21 yaşlı futbolçunun sağ dizində iç yan bağlarında ikinci dərəcəli dartılma qeydə alınıb.
Bu tipli zədənin bərpa prosesi adətən 3-4 həftə davam etdiyini nəzərə alsaq, Qaranın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağını ehtimal etmək olar. 

Xəbər xətti