"1461 Trabzon"un baş məşqçisi Kadir Özcan dünyasını dəyişib
Tükiyənin PTT Birinci liqasında mübarizə aparan "1461 Trabzon"un baş məşqçisi Kadir Özcan infarkt nəticəsində dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Özcan bu gün torpağa tapşırılacaq.
Xatırladaq ki, Kadir Özcan "Qalatasaray" və "Trabzonspor"da da forma geyinib
Məlumat üçün deyək ki, məşqçi 61 yaşında dünyadan köçüb.
saytlarin hazirlanmasi