Qurban Qurbanovun komandası növbəti xalını qazanmaq istəyir
Premyer Liqanın XI turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" bu gün tam heyətlə hazırlığa başlayıb.
Sportal.az xəbər verir ki, bazar günü "Sumqayıt"la (3:0) keçirilən matçın ertəsi günü bərpa məşqi keçən komanda dünən istirahət eləmişdi. "Qarabağ"ın səhər çalışması saat 11:00-da İdman Akademiyasının meydançasında baş tutub. "Qarabağ"ın 2-ci məşqi yenə də eyni meydançada keçiriləcək. Sabah da Bakıda məşq edəcək Qurban Qurbanovun komandası cümə günü Lənkərana yola düşəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" oyunu bazar günü 19:00-da keçiriləcək.
saytlarin hazirlanmasi