"Qalatasaray"lı futbolçunun karyerası təhlükə altındadır

00:34 - 25 Oktyabr 2013

"İkinci dəfə əməliyyat olunsa, heç vaxt əvvəlki kimi oynaya bilməyəcək"
 
Bu mövsümün ilk 3 turunda çıxış edən, lakin sonradan belində zədə aşkarlanan “Qalatasaray”ın yarımmüdafiəçisi Hamit Altıntopun ağrıları azalmaq bilmir.
 
Sportal.az xəbər verir ki, indi ulduz futbolçunun ikinci dəfə əməliyyat edilməsi gündəmdədir. Halbuki normal insanın belindən iki dəfə əməliyyat edilməsi, çox risklidir. Bu da o deməkdir ki, Hamitin karyerası təhlükə altındadır. Futbolçu əməliyyat olunsa, ən azı mövsümün sonuna qədər oynaya bilməyəcək. Həkimlərin dediyinə görə, Hamit ikinci dəfə əməliyyat olunsa, heç vaxt əvvəlki kimi oynaya bilməyəcək.
 
Qeyd edək ki, Altıntop “Qalatasaray”da illik 3 milyon avro maaş alır və bu baxımdan ən çox qazanan yerli oyunçudur.

Xəbər xətti