"Beşiktaş"ın futbolçuları virusa yoluxub

15:32 - 28 Oktyabr 2013

Komandanın 4 əsas futbolçusu xəstələnib
 
Son oyunlarda xal itkiləri ilə diqqət çəkən "Beşiktaş"ın uğursuz çıxışının səbəbi məlum olub.
 
Sportal.az xəbər verir ki, "Qara qartallar"ın futbolçularının "Korona virusu"na yoluxduğu və qrip olduğu ortaya çıxıb.
 
Çox təhlükəli qrip növlərindən biri olan bu xəstəliyə yoluxan oyunçuların bir qismi sağalsa da, bəziləri hələ də yataqdan qalxa bilmir.
 
Almeyda, Eskude, Gökhan Töre və Ömər Şişmanğlu kimi oyunçularının da xəstələnməsinin ardından isə klub rəhbərliyi dövlət xəstəxanalarından bu virusa qarşı tədbirlər görülməsini istəyib.
 
Qeyd edək ki, bu qripə əsasən Səudiyyə Ərəbistanında rast gəlinir.

Xəbər xətti