"Araz-Naxçıvan" millimizin qapıçısını transfer edib

01:01 - 29 Oktyabr 2013

Naxçıvan təmsilçisi qapıçı problemini həll etdi
 
“Araz-Naxçıvan” “Neftçi”nin qapıçısı Emil Balayevi rənglərinə bağlayıb.
 
Sportal.az xəbər verir ki,baş tutan danışıqlardan sonra Emil Naxçıvan təmsilçisinin şərəfini qorumağa razılıq verib. Xatırladaq ki,1,87 metr boya sahib olan 19 yaşlı dəri əlcək sahibi “Neftçi” klubunun yetirməsidir. 2011-2012-ci illərdə icarə əsasında “Sumqayıt”ın şərəfini qoruyub. 21 yaşlılardan ibarət Azərbaycan yığmasının üzvü olan gənc qolkiper 4 dəfə millidə “çərçivə” qorumaq şansı qazanıb.

Xəbər xətti