Klub prezidenti də bu xəbəri təsdiqləyib
"Qalatasaray" qış transferi pəncərəsində İngiltərə Premyer Liqasından heyətinə futbolçu qatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, klub prezidenti Ünal Aysal "Sabah"a açıqlamasında "Souzhempton"da forma geyən Qaston Ramiresin transferi üçün razılığa gəldiklərini bildirib. Təzminat qiyməti 10 milyon avro olan uruqvaylı oyunçunun komandaya gətirilməsi üçün nə qədər məbləğ ödəniləcəyi barədə isə Ü.Aysal məlumat verməyib.
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Uruqvay millisində də 20 dəfə forma geyib.
saytlarin hazirlanmasi