Penaltini dəf edən Vəliyev:"Rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi"

17:20 - 29 Oktyabr 2013

"Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir"
 
"Qarabağ"ın qolkiperi Fərhad Vəliyev "Xəzər Lənkəran"la oyunda penalti zamanı topun qapıdan keçməsinə icazə verməmişdi.
 
Sportal.az xəbər verir ki, Vəliyev bununla bağlı klubun rəsmi saytına danışıb:
"Açığı, fikir verməmişəm sonuncu dəfə nə zaman penaltini qaytarmışam. Amma "Visla" ilə oyun yadımdadı. Həmin oyunu kim unudar ki? Dünən baş tutan oyunda isə komandamız çox yaxşı oynadı. Hərkəs sona qədər mübarizə apardı. Çox vacib  qələbə qazandıq. Penalti epizoduna gəlincə, təbii ki inanırdım özümə. Yox, rəqibin hara vurması haqqında öncədən bir bilgim yox idi. Sadəcə, bir az təcrübə, bir az da onun topa gəlməyini nəzərə aldım. Sevindiricidi ki, artıq 5 oyundu qol buraxmırıq. Meydana kim çxırsa komanda uğrunda mübarizə aparır. Uğurumuzun əsas səbəbi budur. Çempionat hələ yeni başlayıb. Qarşıda çox oyun var. Belə oyunlarda qələbə qazanmaq komandaya əlavə stimul verir. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qəbələlilər bu mövsüm olduqca uğurlu çıxış edir. Çempionluğa iddialıdırlar. Ona görə də gərgin və maraqlı oyun olacaq. Təbii ki, meydana 3 xal üçün çıxacağıq. Azarkeşlərimizə səslənirəm. Bizə dəstək olsunlar sonuna qədər. Lənkəranda bizə yaxşı dəstək oldular. İndi növbə Bakıdakı oyundadı".
Xatırldq ki, qolkiper sonuncu dəfə penaltini zərbəsini 3 il öncə "Visla Krakov"la oyunda dəf etmişdi

Xəbər xətti