"Çünki belə hərəkət “cim-bom”a yaraşmaz"
Türkiyə yığmasının baş məşqçisi Fatih Terim “Qalatasaray”dan ayrıldıqdan sonra ilk dəfə mətbuat konfransı keçirib.
Sportal.az xəbər verir ki, “İmperator” ləqəbli çalışdırıcı qaranlıq qalan bütün məsələlərə aydınlıq gətirməyə çalışıb:
“İndiyə kimi öz dərdimi deməyə yox, “Qalatasaray”ın adına ləkə yaxılmamasına çalışdım. Lakin gördüm ki, sistemli şəkildə məni etibarsızlaşdırmağa çalışırlar. Ona görə də düşündüm ki, danışsam, bir az rahatlaya bilərəm. Ancaq Ünal Aysalın bir jurnalistlə söhbəti mənim səbrimin sonu oldu. Aysalın da dediyi kimi, ünsiyyət problemi yaşadıq. Bunu inkar etmirəm. Həyatda problemsiz məsələ yoxdur. Bütün bunlara baxmayaraq, biz qarşılıqlı oturub, razılaşıb, yolları ayıra bilərdik. Mən uğurlar arzu edib, çıxardım. Özhan Canaydının dövründə də postumdan getmişdim. O vaxt baş verən hadisələrdən də heç kimin xəbəri olmadı. Ancaq bu dəfə klub televiziyasında xəyallardan danışırdılar. 40 ildir “Qalatasaray”da belə şeylər görməmişdim. Mənə çox pis davrandılar, amma ümid edirəm ki, bundan sonra heç kimə belə davranmazlar. Çünki belə hərəkət “cim-bom”a yaraşmaz. Mənim yerimdə başqası olsaydı, çoxdan istefa verərdi”.
saytlarin hazirlanmasi