“Qalatasaray” öz ev oyunlarını digər stadionlarda keçirmək məcburiyyətində qalacaq
UEFA kluba xəbərdarlıq edib.
Sportal.az xəbər verir ki, Ali futbol qurumu “Türk Telekom Arena” ilə bağlı narazılığını bildirib. Belə ki, ötən il “Qalatsaray” stadionunun ot örtüyündə qeydə alınan problemlərin yenidən üzə çıxması təhlükəsi yaşana bilər. UEFA türk klubuna bu məsələni nəzarətdə saxlamağı və qazonun ideal vəziyyətdə olması ilə bağlı göstəriş verib. Əgər yenidən eyni problemlər yaşansa, “Qalatasaray” öz ev oyunlarını digər stadionlarda keçirmək məcburiyyətində qalacaq.
saytlarin hazirlanmasi