"Terimin dediklərinə qulaq asmadım"

02:45 - 3 Noyabr 2013

Ünal Aysaldan Fatih Terimə cavab gecikmədi
 
"Qalatasaray"ın prezidenti Ünal Aysal klubun sabiq çalışdırıcısı və hazırda Türkiyə millisinin baş məşqçisi olan Fatih Terimin son açıqlamalarından danışıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bir neçə gün əvvəl keçridiyi mətbuat konfransında İstanbul klubundan ayrılması haqda danışmışdı.
 
Ü.Aysal verdiyi açıqlamada bu konfransı izləmədiyini və F.Terimə cavab verməyi düşünmədiyini deyib: "Bu məsələ mənim üçün bağlandı. Onun dediklərinə qulaq asmadım. Ancaq qəzetlərdə bu barədə oxudum. "Qalatasaray"ın çox önəmli problemləri var. Bunlar haqda danışmaq vaxtımı alır".

Xəbər xətti