Beşiktaş şokda: Əsas futbolçusu qadını zorladı

15:21 - 3 Noyabr 2013

Fernandes həbs oluna bilər
 
Türkiyənin “Beşiktaş” klubunun portuqaliyalı futbolçusu Manuel Fernandesin başına iş gəlib.

 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Fernandes məhkəməyə verilib. 

Onun məhkəməyə verilməsinə səbəb kimi bir qadını zorlaması göstərilir. Şikayətçi qadın iddia edir ki, futbolçu onu evinə aparıb, bir qədər əyləndikdən sonra zorlayıb.
 
Qeyd edək ki, xanımın iddiası düz çıxarsa, Fernandesi 3 il həbs gözləyir.

Xəbər xətti