"Trabzonspor" - "Fənərbaxça" oyunu yarımçıq dayandırıldı VİDEO

00:25 - 11 Mart 2014

Trabzonlu azarkeşlər matçın dayandırılmasına səbəb oldu
 
Türkiyə Superliqasının 24-cü turunun son qarşılaşması olan "Trabzonspor" - "Fənərbağça" matçı yarımçıq dayandırılıb.
 
Sportal.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasının 23-cü dəqiqəsində hesabı açan qonaqların hesabda önə keçməsi meydan sahibi komandanın azarkeşlərini əsəbləşdirib.
 
Nəticədə fanatlar meydana yaş əşyalar atıblar. Oyunu dayandıran hakim Bülent Yıldırım, 10 dəqiqə sonra yenidən matçı davam etdirib. Lakin trabzonlu azarkeşlər yenidən meydana kənar əşyalar atınca matç yarımçıq dayandırılıb. 

Xəbər xətti