AZAL-ın futbolçusu 12-ci oldu
Premyer Liqanın 25-ci turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub.
Sportal.az- PFL-in saytına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Simurq”la qarşılaşmanın 79-cu dəqiqəsində meydana çıxmaqla Azərbaycan çempionatlarında yubiley – 300-cü matçına çıxıb.
Hazırda karyerasını Premyer Liqada davam etdirən oyunçular arasında bu göstəricidə rekordçu olan Abdullayev 300-ə 14-cü mövsümdə çatıb. 1999/2000 mövsümündə çempionatda debüt edən yarımmüdafiəçi çıxış etdiyi 6 klubda ümumilikdə 300 matç keçirib.
Rəşad Azərbaycan çempionatları tarixində 300 və daha çox oyun keçirən 12-ci futbolçu olub. Ona qədər 300-ü arxada qoyanların hamısı artıq karyeralarını başa vurublar. Bu üzdən 33 yaşlı yarımmüdafiəçi “12-lik”də daha da irəliləmək imkanına malikdir. Siyahıya isə çempionatların mütləq rekordçusu Mahmud Qurbanov başçılıq edir – 421 oyun.
saytlarin hazirlanmasi