Komanda hazırlığını davam etdirir
Azərbaycan Kubokunun “Araz Naxçıvan” - “Xəzər Lənkəran” ¼ final ilk oyun qarşılaşması üçün cənub təmsilçisi Naxçıvanda məskunaşıb.
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran” dünən matçın keçiriləcəyi arenada ilk məşqinə çıxıb. Saat 11-də start götürən hazırlıq bir saat davam edib və futbolçulartaktiki planda müxtəlif çalışmaları yerinə yetiriblər. Zədəli futbolçular siyahısına braziliyalı müdafiəçimizi Vilyam Tyeqo da qoşulub və onunla birgə Adrian Skarlatake də məşqi kənardan izləyib.
Bu gün oyun öncəsi son məşqinə çıxacaq komanda matç saatını gözləyəcək. Xatırladaq ki, mart ayının 12-də baş tutacaq “Araz Naxçıvan” - “Xəzər Lənkəran” görüşü “Xəzər Lənkəran TV” ilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi