- Siz “Beşiktaş”a getməklə daha bir təcrübə, yenilik, əlavə qazanc əldə edəcəksiz. Bəz Azərbaycan çimərlik futbolu nə qazanacaq?
- Heç nə... Çünki Əfqan Həmzəyevə Gürcütsan, Türkiyə, Moldova kimi ölkələrdən təklif gəlir. Ancaq Azərbaycanda mənim xidmətimdə heç kim maraqlı deyil.
- Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov güvənərək gənc hakimləri yetişdirmək yönündə sizə tapşırıq verib. Bu haqda nə deyərdiz?
- Bəli, 25 gənc hakimə dərs deyirəm. Artıq bir dərs günü bitib. Heç bir təmanna olmadan Azərbaycan hakimliyi üçün əlimdən gələni edirəm. Aralarında yaxşı, perespektivli uşaqlar da var. Mən çalışacam ki, bütün bilik və bacarığımdan istifadə edib bu gənc hakimlərə bildiyim hər şeyi öyrədəcəm.
- Hal-hazırda Tələbə futbol federasiyasının baş katibisiz. “Beşiktaş”ın meneceri, eləcə də gənc hakimlərə dərs deyirsiz. Bu qədər işi bir arada görmək problem yaratmır ki?
- Düzü, İstanbula “Beşiktaş”la danışıqlara məhz buna görə getmişdim. Tələbə Futbol Federasiyasının prezidenti Fazil Qarayev mənə etimad göstərib, buradan ona da təşəkkürümü bildirirəm. Belə etimadın qarşısında başqa işə getmək düz olmazdı. Məhz bu səbəbdən “Beşiktaş” rəhbərliyinə oturaq işim olduğunu bildirdim. Lakin onların mənə menecer işini təklif etməsi belədir ki, mən onların beynəlxalq əlaqələrini quracam Mən öz otağımda otura-otura da internet vasitəsi ilə əlaqələr qura bilərəm. Turnirlə üçün klublarla danışıq aparıram, bəzi səfərlər olacaq, bu da 1-2 günlük.
- Gördüyümüz qədər siz Azərbaycan futbol ictimaiyyətindən incimisiz...
- Mən AFFA-nın baş katibi Elxan Məmmədova xüsusi təşəkkürümü bildirirəm ki, bu adam hər cür milli üçün şərait yaradır. Ancaq Azərbaycan çimərlik futbol federeasiyası heç bir iş görmür. Mən FİFA referisi əlimdən gələn hər şeyi etdim, ancaq xeyri olmadı. Turnirlər keçirtdim, püşkatmaları belə özüm təşkil edirdim.Ancaq xeyri olmadı ki, olmadı.
- Sonda Azərbaycan hakimliyi ilə bağlı sizə sual verim. Premyer Liqada hakim idarəçiliyi ilə bağlı klublarımız tez-tez şikayət edirlər. Siz nə düşünürsüz?
- Xəqani Məmmədov gənc hakimlərlə işləməyi qarşısına məqsəd qoydu. Onlara inandı, güvəndi və heç zaman onları tək buraxmadı. Düzdü onlar səhv də edə bilərlər. Bütün dünyada hakimlər səhv edir. Ancaq qərəz ola bilməz.
mənbə: idmanxeber.com